İran qaçaqmal yanacaq daşıyan gəmini ələ keçiribbackend

İran qaçaqmal yanacaq daşıyan gəmini ələ keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) İkinci Dəniz Zonasının komandiri Heydər Honaryan-Mojardın sözlərinə görə, İran körfəzində 350.000 litr qaçaqmal yanacaq daşıyan gəmini ələ keçirilib.

O, Esvatini bayrağı altında üzən tankerin İslam Respublikasından yanacaq qaçaqmalçılığı etdiyini vurğulayıb.

Komandanın sözlərinə görə, gəmi artıq məhkəmə qərarı ilə Buşehr əyalətinin sahillərinə gətirilib. Honaryan-Mojard həmçinin 14 nəfərin saxlanıldığını, onlardan 13-ünün Hindistan vətəndaşı olduğunu bildirib. Daha bir nəfərin vətəndaşlığı müəyyənləşdirilir.

//Samir Qurbanov, Editor.az