İran Qarabağın yenidənqurma prosesində iştirak etmək üçün Azərbaycandan pay istəyir- AÇIQLAMAbackend

İran Qarabağın yenidənqurma prosesində iştirak etmək üçün Azərbaycandan pay istəyir- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Azərbaycan Republikasının ərazi bütövlüyünü sözdə tanısa da, əməldə tanımır və hörmət etmir. 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi İranı xeyli narahat edib və qəzəbləndirib. Beləliklə, İranın Qarabağ üzərindən həyata keçirmək istədiyi planları puç olub”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Teymur Qasımlı deyib.

O, bildirib ki, geosiyasi vəziyyətin dəyişməsi fonunda Cənubi Qafqaz dünyanın böyük super güclərinin diqqət mərkəzinə çevrilib:

“İran Cənubi Qafqazda baş verən oyunlardan kənarda qalıb.  Türkiyənin Qafqazda güc sahibinə çevrilməsi İranı narahat edir. Türkiyə-Rusiya münasibətləri İranı Suriya məsələsindən də kənarlaşdırır. Eyni zamanda, son illər Azərbaycanda İranın dayaqlarının zəiflədilməsi İranı qəzəbləndirir. Ən önəmlisi isə İran Qarabağın yenidənqurma prosesində iştirak etmək üçün Azərbaycandan pay istəyir”.

Siyasi analitik qeyd edib ki, gərginləşən Azərbaycan-İran münasibətləri diplomatik masada öz həllini tapacaq:

” İranın xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir. Hesab edirəm ki, bu səfər çərçivəsində baş tutacaq danışıqlar əsasında münasibətlərdəki gərginlik səngiyə bilər. İran Azərbaycana qarşı oyun oynamağa çalışdı lakin istəyinə çata bilmədi. Ona görə gərginliyi azaltmaq üçün əlindən gələni edəcək, çünki başqa çarəsi yoxdur. Azərbaycana qarşı ən xırda təxribat belə onun sonunu gətirə bilər.  Bu günə qədər səbr edən Azərbaycanın artıq səbr kasası daşıb”.

//Gülnarə Abasova, Editor.az

Loading...