“İran qorxur ki, növbə tarixi torpaqlarımızın bərpasına gələcək”- AÇIQLAMAbackend

“İran qorxur ki, növbə tarixi torpaqlarımızın bərpasına gələcək”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın sərhəd xəttində keçirdiyi təlimlər, Azərbaycana qarşı apardığı siyasət heç də təəccüblü deyil. İranın yürütdüyü siyasətdə türk düşmənçiliyi hər zaman özünü göstərir. Bu dövlət regionda güclənən türk ittifaqından qorxur”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

O, bildirib ki, Zəngəzur dəhlizinin açılması İranı narahat edən ən vacib məsələlərdəndir:

“Zəngəzur dəhlizi Mərkəzi Asiyada yerləşən türk dövlətləri arasında körpü rolu oynacaq. Azərbaycanın yaxın gələcəkdə işğal edilən torpaqlarını bərpa etməsi İranı xeyli narahat edib. Qorxur ki, növbə tarixi torpaqlarımızın bərpasına gələr. Digər məqam isə İranın məsələlərə dini mövqedən yanaşmasıdır. Müsəlman ölkəsi olan İran məscidə donuz bağlayan millətə necə dostsan deyir? İran regionda yalnız öz maraqlarına xidmət edir. İran dünya ölkələri tərəfindən ağır sanksiyalara məruz qalır . Belə bir vəziyyətdə onun tək çıxış yolu Ermənistandır. Ermənistan və Gürcüstan vasitəsilə Avropaya çıxış yolunu təmin edir. Ona görə Ermənistana ehtiyacı var və ikiüzlü siyasətindən əl çəkə bilmir”.

//Gülnarə Abasova, Editor.az