İran Rəisi ilə vidalaşsa da, onun siyasi kursu ilə davam edəcəkbackend

İran Rəisi ilə vidalaşsa da, onun siyasi kursu ilə davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi ilə vida mərasimləri üç gün davam edəcək və mayın 23-də doğulduğu Məşhəddə başa çatacaq.

Anım tədbirlərində yüzlərlə xarici qonaq iştirak edəcək. Bu arada prezidentin səlahiyyətlərini icra edən Mohammad Mokhber və müvəqqəti olaraq Xarici İşlər Nazirliyinə rəhbərlik edən Əli Baqeri Kani diplomatik təmasların marafonuna başlayaraq artıq işə fəal qoşulublar.

Bununla belə, onlar əvvəlki kursa tam uyğun hərəkət edirlər. İran Xarici İşlər Nazirliyinin çərşənbə axşamı bildirdiyi kimi, prezident Rəisinin və onunla birlikdə dünyasını dəyişən xarici işlər naziri Hüseyn Əmir-Abdollahyanın xarici siyasət xətti mütləq davam ediləcək.

//Samir Qurbanov, Editor.az