“İran rejimi bunu dəstəkləməklə öz sonunu da yaxınlaşdırır”- ŞƏRHbackend

“İran rejimi bunu dəstəkləməklə öz sonunu yaxınlaşdırır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran həmişəki kimi öz ampulasındadır. Müsəlman donu arxasında gizlənib kürəsəl güclərin oyunlarını həyata keçirməklə məşğuldur. Amma bu, Azərbaycanın öyrəşdiyi haldır. İran rejimi məgər ilk dəfədir ki, belə alçaq hərəkətlərlə məşğuldur? İran rejimi Azərbaycan müstəqilliyinə qovuşduğu gündən İranın yuxuları qaçıb. Hər gün Azərbaycana necə pislik edəcəyi ilə bağlı planlar qurur”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov İranın paytaxtından Ermənistana silah daşınması barədə yayılan məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, İranda Azərbaycanda narkoticarətin  gənclər arasında yayılmasına, özünün yaratdığı yalançı dinini yaymaqla ölkə daxilində özünə proksi qruplar formalaşdırmağa çalışıb:

” Hələ bunlar onların son alçaqlığı deyil. İran əvvələr öz alçaqlıqlarını gizli şəkildə pərdələnib edirdisə, indi buna ehtiyac qalmayıb. İran rejimi Azərbaycana qarşı düşmənçiliyini açıq şəkildə edir. Rəsmi Tehran Ermənistanın silahlanması üçün hər yola əl atır. Daşının silahlara öz ərazisindən daşınmasına şərait yaratmaqla yanaşı, özü də Ermənistana silah verir. Azərbaycan bütün bunları öz yaddaşına yazır. Günün birində bunların cavabı İrana mütləq veriləcək.

İran Azərbaycanın inkişafını istəməyib. Bütün fəaliyyəti də buna görədir. Azərbaycan öz inkişafını İran rejiminə rəğmən davam etdirəcək. İran zatən öz sonunun yaxınlaşdığını hiss edir. Azərbaycan isə bu məsələdə vasitəçi olmaq istəmir. Amma məqam çatanda İran rejimi öz hərəkətlərinə görə peşman olacaq. Ermənistan onsuz da məhv olmaq yolunu tutub. İran rejimi bunu dəstəkləməklə öz sonunu da yaxınlaşdırır”.

//Gülnarə Abasova, Editor.az