İran rejiminin soydaşlarımıza qarşı QƏTLİAM PLANI – Bıçaq sümüyə dirəndibackend

İran rejiminin soydaşlarımıza qarşı QƏTLİAM PLANI – Bıçaq sümüyə dirəndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran molla-fars rejiminin Azərbaycana olan kin-küdurəti günbəgün özünü daha bariz büruzə verməyə başlayır. Biz bunu rəsmi Tehranın son vaxtlar daha intensiv şəkildə Ermənistana etdiyi humanitar, siyasi, iqtisadi, hərbi dəstək baxımından xüsusilə son 2 il ərzində çox aydın müşahidə edirik. Molla rejiminin Ermənistana bir qara qəpiksiz kamikadze dronlar, raketlərlə təchiz etməkdə bir məqsədi var – bu silahlar Azərbaycana, Azərbaycan xalqına qarşı istifadə edilsin. 

Son olaraq Tehrandakı səfriliyimizə edilən terror hücumu və ortaya çıxan mənzərədən də gördük ki, İran rejimi hər yolla Azərbaycana qarşı təhdid, hədə-qorxu gəlməkdən çəkinmir. Son iki gündə ölkəmizdə İranın casus şəbəkəsinə xidmət edən xeyli sayda şəxsin ələ keçirilməsi də deməyə əsas verir ki, molla rejimi Azərbaycanı parçalamaqda, onu bölməkdə tarixən olduğu kimi indi də ən çox maraqlı olan qüvvələrdən biridir.

Lakin elə məsələlər də var ki, bu sadəcə dövlətə, dövlətçiliyə, rejimə, onun mövcudluğuna qarşı yox, xalqa, millətə qarşı yönəlmiş düşmənçilik siyasətini özündə açıq şəkildə büruzə verir. Elə belə hadisələrdən biri günlər öncə Güney Azərbaycan ərazisində baş verən güclü zəlzələ fonunda ortaya çıxdı.

Belə ki, güclü zəlzələ nəticəsində Xoyda yaşayan soydaşlarımız qarlı və şaxtalı gecələri küçələrdə ocaq başında keçirmək məcburiyyətində qaldılar. Dağıdıcı zəlzələ nəticəsində minlərlə soydaşımız evsiz qalıb, xeyli sayda yaralı və ölənlər var. Lakin molla-fars rejimi güneyli azərbaycanlıların yaşadığı deyil, digər vətəndaşlarının yaşadıqları ərazilərdəki dağıntıları, fəsadları aradan qaldırmaq, sakinlərə humanitar yardım etmək istiqamətində fəallıqları ilə seçilirlər.

Onlardan fərqli olaraq molla fars rejimi soydaşlarımıza şaxtalı, qarlı havada şəraitsiz vəziyyətdə uşaq, yaşlı demədən soyuqdan donaraq ölmələri üçün əlindən gələni edir. Mənzərə olduqca acınacaqlıdır. Ailələr övladlarının və yaşlı valideyinlərinin soyuqdan donaraq ölməməsi üçün bütün qalın geyimlərini, üst örtüklərini onlara verdikləri üçün həmin şəxslərin özləri çovğunda dözülməz şəraitdən dünyasını dəyişməyə başlayıb.

Hətta İran molla rejimi Qızıl Aypara Cəmiyyətinin Türkiyənin Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində zəlzələdən zərər çəkənlərə kömək etmək təklifini qəbul etməyib.

Mola rejimi niyə yardımları qəbul etmir?

⚫️ İslam Respublikasının “köməyə ehtiyacı olmadığını” və problemin öhdəsindən gələcək qədər böyük olduğunu bildirmələri gözdən pərdə asmaqdan başqa bir şey deyil. Böyük ehtimalla molla rejimi Türkiyənin və Azərbaycanın insani yardımını özü üçün təhlükə kimi görür.

Çox güman, hesab edirlər ki, qonşu dövlətlərin yardımı mərkəzi hakimiyyətin zəifliyini nümayiş etdirəcək. Ancaq heç özləri də küçələrdə gecələyən Xoy camaatına kömək etməyə tələsmirlər.

⚫️ Mola-fars rejimi hər vəchlə çalışır ki, İrandakı azərbaycanlıların hər hansı bir yolla mümkün qədər qətliamına səbəb olsun. Bununla da rejimin Azərbaycandan çəkinmələrinə səbəb olan ən böyük “təhlükəni” (40 milyon azərbaycanlı) qismən də aralarında azaltmaq barədə düşündükləri istisna edilmir.

Bu səbəbdən də İranın dövlət qurumları bilərəkdən zəlzələ nəticəsində evləri dağılan, ərzaq çatışmazlığı yaşayan və soyuqdan əziyyət çəkən vətəndaşlarına yardım etmək əvəzinə, başqalarına da yardıma imkan vermirlər.

⚫️ Molla rejimi bununla eyni zamanda vətəndaşı olan soydaşlarımıza bir mesaj verir ki, siz proseslərə müdaxilə etmək barədə düşünməyin, bunu heç ağlınızdan keçirməyin. Əks təqdirdə vəziyyətiniz bunlardan da betər ola bilər.

İstənilən halda, bu, bir daha İrandakı rejimin vətəndaşlarına qeyri-insani münasibətindən xəbər verir. Rejim mövcudluğunu qorumaq üçün vətəndaşlarını qurban etməyi gözə alacaq qədər azğınlaşıb.

Minlərlə insanın aqibəti İranın olmayan mərhəmətinin ümidinə buraxılmamalıdır. Xoyda vəziyyətin bu qədər acınacaqlı, dözülməz həddə çatması son zamanlar qırmızı xətti keçməkdə artıq rekordçu olan Tehranla Bakı arasında yardım məsələsiylə bağlı müəyyən razılıqları ön plana çıxara bilər. Tehranda səfrilik binasına edilən terror hücumuna görə Azərbaycan dövlətinin və xalqının əsas qınaq obyekti olan və şübhəli qismində gördüyü rejim bu iddiaları geri çevirmək üçün Bakının Xoydakı soydaşlarına yardım təklifinə “hə” deyə bilər.

Amma bu o demək deyil ki, İran molla-fars rejimi Azərbaycana qarşı siyasi ritorikasında hansısa dəyişikliyə gedəcək. Əksinə olaraq rəsmi Tehrandan bundan sonra daha təhlükəli gedişlər istisna edilmir. Çünki İran mollabaşları üçün terror dövlət siyasəti səviyyəsində görülən cinayət əməlidir. Bu səbəbdən Bakı vəziyyəti kontrolda saxlamaq adına və diplomatlarını risk qarşısında qoymamaq üçün səfirliyi bağlamaq qərarı verməkdə tərəddüd etmədi. Azərbaycan bu rejimin dabbağda gönünə bələddir.

Milli.Az