İranda sünni din xadimlərinə, hakimlərə və İİKK üzvlərinə sui-qəsd cəhdinin qarşısı alınıb.
Editor.az bildirir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat verib. İdarənin rəisi İsmayıl Xətibin sözlərinə görə, bu qətllərdə məqsəd ölkədə etnik və dini ayrı-seçkiliyi qızışdırmaq olub.
Nazir aydınlaşdırıb ki, bu plan gələn şənbə, sentyabrın 30-da həyata keçirilməli idi. O, həmçinin diqqəti ona yönəldib ki, bu yaxınlarda təhlükəsizlik rəsmiləri İran rəhbərliyinin əleyhdarlarından ölkədəki vəziyyəti sabitləşdirmək üçün istifadə etməyə hazırlaşdıqları dörd yüzə yaxın partlayıcı qurğunu ələ keçirə biliblər.
/Samir Qurbanov, Editor.az