İran rəsmilərinin canına yenə qorxu düşüb: məqsədlərinə nail ola bilmirlərbackend

İran rəsmilərinin canına yenə qorxu düşüb: məqsədlərinə nail ola bilmirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran son qırx illik tarixinin ən gərgin, ən qanlı dövrünü yaşayır. İrandakı hadisələr bir rejim böhranı olmaqdan çıxıb, bu, artıq dövlət böhranıdır. Ölkədə baş verən iğtişaşlar, xalq etirazları yaxın zaman kəsiyində bitənə oxşamır, əksinə etirazların növbəti mərhələsi silahlı üsyanlara doğru çevrilə bilər. Belə bir vəziyyətdə molla rejimi daxili sabitliyi təmin etmək üçün klassik metod da tapıb: Xarici düşmən faktoru,düşmən olaraq da Azərbaycanı seçib”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, bütün İran mediası gecə-gündüz demədən ölkəmiz əleyhinə təbliğat aparmaqla məşğuldur:

“Cənubi Qafqazda güclənən, regionda söz və etibar sahibinə çevrilən Azərbaycan İran rejiminin yuxusunu ərşə çəkib. Cənubi Qafqazda, elə farslar kimi boş xülyalarla yaşayan ermənilər, təəssüf ki, bu çirkli oyunda İran rejiminin əlində vasitəyə, oyuncağa çevriliblər. Son həftələrdə ekoaktivistlərin, QHT fəallarının Xankəndi istiqamətində keçirdikləri davamlı aksiya və göstərdikləri dirəniş, haqlı tələblər öz bəhrəsini verməkdədir. İran artıq Qarabağa daha əvvəllər olduğu kimi əlini-qolunu sallayaraq keçə bilmir. Xankəndi-Gorus yolunun tərəfimizdən sırf dinc yolla nəzarətə götürülməsi ən az Ermənistan qədər İran rəsmilərini də narahat edir. Həm Yaxın Şərqdə, həm Orta Asiyada, həm də Qafqazda təsir dairəsi yaratmağa çalışan İran planlar və niyyətlər puç olduqca daha da aqressivləşir,  həyasızlaşır. Zəngəzuru özünün qırmızı cizgisi elan edən, Xankəndi yolunun nəzarətə götürülməsindən narahat olan molla rejimi bunu ermənilərə canı yandığından deyil, Cənubi Qafqaza məhz ermənilərdən istifadə edərək müdaxil olmaq niyyətindədir. Zəngəzurda, sırf İranın maraqları tamahı və günahı ucbatından bir savaş olacağı təqdirdə, Ermənistanın cəhənnəmə dönəcəyini, hələ ki ağlı başında olan bir-iki erməni siyasətçi dəfələrlə dilə gətiriblər. Odur ki,İranın Cənubi Qafqazdan qoparacağı bir şey yoxdur, hiyləgər fars siyasəti artıq işə yaramır. İran daxili problemlərini həll etməyə yönəlsə, Ermənistan isə Azərbaycanın şərtləri əsasında sülh müqaviləsini imzalasa, daha doğru seçim etmiş olarlar”.

//Gülnarə Abasova, Editor.az