Xəzər dənizində suyun səviyyəsi azalıb.
Bu barədə İranın Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəis müavini Əhmədrza Lahican danışıb.
“Təkcə son beş ildə Xəzər dənizində suyun səviyyəsi təxminən bir metr aşağı düşüb. Bu təhlükəli azalmanın təsiri hazırda bütün sahillərdə müşahidə olunur”, – deyə o bildirib.
Ekspertlərin sözlərinə görə, Xəzərdə suyun bu qədər kəskin azalması ciddi nəticələrə səbəb olur: “Bataqlıqların quruması və canlıların yaşayış yerlərinin itirilməsi, su ehtiyatlarının ciddi şəkildə azalması, sahil tozunun artması, liman fəaliyyətinin azalması və s. Həmçinin Xəzərin dayazlaşması balıqçıların dolanışıqlarına mənfi təsir göstərir, turizmə və regional iqtisadiyyata ciddi ziyan vurur”, – Ə.Lahican əlavə edib.
Oxu.az

