İran: Rusiya ilə enerji əməkdaşlığına sanksiyalar təsir etməyəcəkbackend

İran: Rusiya ilə enerji əməkdaşlığına sanksiyalar təsir etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Rusiya BMT Təhlükəsizlik Şurasının yenidən tətbiq etdiyi sanksiyalara baxmayaraq enerji sahəsində əməkdaşlığı davam etdirəcək.

Editor.az xəbər verir ki, bunu İranın neft nazirinin müavini Omid Şəkeri “Sputnik” agentliyinə açıqlamasında bildirib.

Şəkeri qeyd edib ki, tərəflər BMT Təhlükəsizlik Şurasının sanksiya qətnamələrinə məhəl qoymadan əməkdaşlıq münasibətlərini davam etdirmək niyyətindədirlər.

“Son iki gündə Rusiya şirkətləri ilə keçirdiyimiz görüşlərdə İrana qarşı beynəlxalq sanksiyaların “snapback” mexanizmi heç vaxt gündəmə gətirilmədi. Müzakirələr bu cür məhdudiyyətləri nəzərə almadan əməkdaşlığın inkişafı istiqamətində aparıldı”, – deyə o bildirib.

Məlumatı Rusiya Enerji Həftəsi çərçivəsində açıqlayan Şəkeri, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın strateji səviyyədə davam etdiriləcəyini vurğulayıb.

// Gülnarə Abasova, Editor.az