İran Rusiya ilə Strateji Tərəfdaşlıq Sazişi haqqında qanun layihəsini təsdiqləyibbackend

İran Rusiya ilə Strateji Tərəfdaşlıq Sazişi haqqında qanun layihəsini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamenti Rusiya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi haqqında qanun layihəsini təsdiqləyib.

Editor.az bu barədə xarici mediaya istinadla yazır.

İranın İRNA xəbər agentliyinin məlumatına görə, səsvermədə iştirak edən 212 deputatdan 191-i “bəli”, 8-i “xeyr” və 3-ü bitərəf qalıb.

Müqavilənin İranda qüvvəyə minməsi üçün onun konstitusiya və şəriət qanunlarına uyğunluğuna İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası nəzarət etməlidir. Rusiya tərəfi daha əvvəl sazişin təsdiqi prosedurlarının başa çatdığını bildirmişdi.

Müqavilə 2025-ci il yanvarın 17-də İran prezidenti Məsud Pezeşkianın Moskvaya səfəri zamanı imzalanıb. Sənəd bütün sahələrdə əlaqələrin dərinləşdirilməsini, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini, regional və qlobal səviyyədə sıx koordinasiyanın təmin edilməsini nəzərdə tutur.

Qanun layihəsi mayın əvvəlində İran parlamentinə göndərilib.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko mayın 20-də bildirib ki, Rusiya tərəfi İranın yaxın gələcəkdə Rusiya Federasiyası ilə tərəfdaşlıq sazişini ratifikasiya edəcəyini gözləyir.

//Gülnarə Abasova, Editor.az