İran Rusiya qazı üçün tranzit ölkə olmağa çalışırbackend

İran Rusiya qazı üçün tranzit ölkə olmağa çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Rusiyadan qaz tranzitini öz üzərinə götürməyə hazırdır. Tehran nümayəndəsinin sözlərinə görə, istənilən ölkəyə çatdırılmanı nəzərdə tutan təşəbbüs Moskvaya çatdırılb.

Editor.az bildirir ki, bu barədə İranın IGEDC profil şirkətinin rəhbəri Reza Növşədi deyib. “News Central Asia”nın xəbərinə görə, o, İranın Rusiya və Türkmənistan qazının tranzitini öz üzərinə götürməyə hazırdır.

Top-menecerin sözlərinə görə, Tehran “Qazprom” və “Türkmənqaz”a rəsmi təklif göndərib. İslam Respublikası bu ölkələrdən qaz almağa və onu öz ərazisindən Moskva və Aşqabadın istədiyi yerə çatdırmağa hazırdır. IGEDC rəhbəri qeyd edib ki, İran gündəlik 100 milyon kubmetrə, illik isə təxminən 36,5 milyard kubmetrə qədər “mavi yanacaq” ötürməyə qadirdir.

  //Samir Qurbanov, Editor.az