İran Rusiyadan MiQ-29 qırıcıları alıbbackend

İran Rusiyadan MiQ-29 qırıcıları alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Rusiyadan MiQ-29 qırıcı təyyarələri qəbul edib. Bu barədə məlumatı İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əbolfəzl Zöhrevand yerli mediaya açıqlamasında təsdiqləyib.

Editor.az xəbər verir ki, Onun sözlərinə görə, MiQ-29-ların alınması ölkənin hava qüvvələrinin müvəqqəti gücləndirilməsi məqsədi daşıyır. Zöhrevand əlavə edib ki, Tehran yaxın gələcəkdə Rusiyadan daha müasir Su-35 qırıcılarının göndərilməsini gözləyir.

Məlumat ilk olaraq hərbi mövzular üzrə ixtisaslaşmış “Militarnyi” portalında yayımlanıb.

//Samir Qurbanov, Editor.az