İran Rusiyadan “S-400”lər alanadək, İsrail onun nüvə obyektlərini vuracaqbackend

İran Rusiyadan “S-400”lər alanadək, İsrail onun nüvə obyektlərini vuracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranın Moskvadan S-400 hava hücumundan müdafiə sistemləri ala biləcəyi ehtimalı İsraili tez bir zamanda İranın nüvə obyektlərinə hücum qərarını verməyə məcbur edəcək.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumatda qeyd olunur ki, bu sistemi tətbiq etmək üçün İrana təxminən iki il vaxt lazımdır. Əgər Kreml əvvəllər İrana silah tədarük etmək planlarını açıq şəkildə açıqlamırdısa, Rusiyanın Ukraynaya müdaxiləsi fonunda bu ölkələr əməkdaşlığı nəzərəçarpacaq dərəcədə artırıblar.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib ki, Moskva İran hakimiyyətinə “əməkdaşlıq… o cümlədən raketlər və hava hücumundan müdafiə sahəsində” təklif edib. İsrailin baş naziri Benyamin Netanyahu isə deyib ki, “Nə qədər gözləsək, bir o qədər çətinləşir” deyib. Nəşrin qeyd etdiyi kimi, bu cür mesajlar həm Tehrana, həm də Vaşinqtona yönəlib.

Fakt budur ki, İsrail ABŞ-ın istənilən mümkün zərbəyə rəhbərlik edəcəyinə ümid edir. Lakin Co Bayden administrasiyası hərbi əməliyyatlara mümkün hesab etsə də, yenə diplomatiyaya üstünlük verir. İran da öz növbəsində İsraili 2020-ci ilin sonunda nüvə alimlərini öldürməkdə, həmçinin nüvə obyektlərinə kiberhücumlar və təxribatlarda ittiham edir. Nəşr həmçinin xatırladır ki, İsrail 1981-ci ildə İraqdakı, 2007-ci ildə isə Suriyadakı nüvə obyektlərini vurub.

   //Samir Qurbanov, Editor.az