İran Rusiyanı ən son hava bombaları ilə təmin edibbackend

İran Rusiyanı ən son hava bombaları ilə təmin edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hakimiyyəti ilk dəfə olaraq Ukraynaya hücumlar üçün Rusiyanı ən son hava bombaları ilə təmin edib.

Editor.az bildirir ki, bu barədə BILD şirkətinin açıq məlumatların təhlili üzrə eksperti Culian Repke ağır İrana məxsus “Qods Mohajer-6” pilotsuz təyyarəsinin qəzaya uğradığı Kursk bölgəsindən videogörüntüləri öyrəndikdən sonra bildirib. Təhlilçinin fikrincə, bu pilotsuz təyyarə İranın ən son “Qaem-5” idarə olunan bombalarını daşıyan təyyarəsidir.

Maraqlıdır ki, İranın özündə bunlar cəmi beş il əvvəl qəbul edilib. “Göründüyü kimi, pilotsuz təyyarə Sumi bölgəsinə hücum etməli idi, lakin naməlum səbəbdən düüb” – Repke deyib. Bu hadisədən əvvəl rus işğalçıları Ukraynada yüksək dəqiqliyə malik “Kaim-5”-dən istifadə etməmişdilər.

Roepkenin fikrincə, onların istifadəsi Tehranla Kreml arasında hərbi əməkdaşlığın “yeni səviyyəyə” çatdığını göstərir.

//Samir Qurbanov, Editor.az