İranın xarici işlər naziri Abbas Əraqçi respublikanın Rusiyaya ballistik raketlər vermədiyini bildirib. Bir gün əvvəl İranı raket göndərməkdə ittiham edən ABŞ və Böyük Britaniya İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Kreml tədarüklə bağlı məlumatı əsassız adlandırıb. “Bir daha ABŞ və Avropa yanlış məlumat və qüsurlu məntiq əsasında hərəkət etdilər. İran Rusiyanı ballistik raketlərlə təmin etməyib. Nöqtə. Sanksiya tərəfdarları sual verməlidirlər: İran bu cür qabaqcıl silahları necə istehsal edə və sata bilir? – Abbas Əraqçı X sosial şəbəkəsində yazıb.
Sentyabrın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiyaya hər hansı silah tədarükü ilə bağlı müzakirələrin “heç bir əsası yoxdur”. “Rusiya silahlı qüvvələrinin işinə gəlincə, onlar xüsusi hərbi əməliyyatı davam etdirmək üçün bütün lazımi vasitələrin tam arsenalına malikdirlər”, – Kreml nümayəndəsi vurğulayıb.
//Samir Qurbanov, Editor.az