İran Rusiyaya daha çox raket verəcək, bunu gizlətmək üçün heç bir səbəb yoxdur – İran rəsmisibackend

İran Rusiyaya daha çox raket verəcək, bunu gizlətmək üçün heç bir səbəb yoxdur – İran rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiyədək İran Rusiyaya 400-ə yaxın ballistik raket verib.

Editor.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən yazıb. Köçürülən raketlərin bir hissəsinin “Fateh-110” və “Zülfüqar” ailəsinə aid qısa mənzilli ballistik raketlərin olduğu qeyd edilir.

Onlar 300-700 kilometr məsafədəki hədəfləri məhv etməyə qadirdir. İran mənbəsi bildirib ki, İran və Rusiya hərbi və təhlükəsizlik rəsmiləri arasında keçən ilin sonunda Tehran və Moskvada keçirilən görüşlərdə razılaşma yekunlaşdıqdan sonra çatdırılmalar yanvarın əvvəlində başlayıb. Digər mənbələr kimi anonimlik istəyən bir İran hərbi rəsmisi deyib ki, yaxın həftələrdə ən azı dörd raket təhvil verilib və daha çoxu gələcək.

Digər yüksək rütbəli İran rəsmisi bildirib ki, raketlərin bir hissəsi Xəzər dənizi üzərindən Rusiyaya göndərilib, digərləri isə təyyarə ilə daxil olub. “Daha çox təchizat olacaq” – deyən məmur, “bunu gizlətmək üçün heç bir səbəb yoxdur. Bizə istədiyimiz ölkəyə silah ixrac etməyə icazə verilir”. Vəziyyətlə tanış olan dördüncü mənbə Rusiyanın bu yaxınlarda İrandan çoxlu sayda raket aldığını təsdiqləyib//

//Samir Qurbanov, Editor.az