İran Rusiyaya 120 km mənzilli yüzlərlə ballistik raket verməyə hazırlaşır.
Editor.az axar.az-a istinadən bildirir ki, bu barədə “Röyters” agentliyi Avropa kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, onlarla rus hərbçisi hazırda İranda “Fəth-360” ballistik raket sistemindən istifadə etmək üçün təlim keçir. Ukraynadakı müharibə üçün yüzlərlə peyklə idarə olunan silahın Rusiyaya tezliklə çatdırılması nəzərdə tutulur.
“Rusiya Müdafiə Nazirliyinin nümayəndələri ötən il dekabrın 13-də Tehranda İran rəsmiləri ilə İranın dövlət aerokosmik sənaye təşkilatı tərəfindən yaradılmış “Fəth-360″ və digər ballistik raket sistemi üçün müqavilə imzalayıblar”, – nəşr yazıb.

