İran Rusiyaya “Şahed-136” dronlarının istehsalında texniki yardım göstərir. Editor.az xəbər verir ki, Tehran pilotsuz uçan aparatların istehsalı üçün öz mütəxəssislərini Rusiyaya göndərib və “Şahed-136” dronlarının müxtəlif komponentlərinin seriyalı istehsalına dəstək verir.
Baş Kəşfiyyat İdarəsi (GUR) LIGA.net saytına verdiyi açıqlamada bildirib ki, İranın bu texniki köməyi Geran-2 hücum dronlarının Yelabuqa şəhərindəki zavodunun açılışından sonra tədarükü dayandırması ilə əlaqədardır.
Beləliklə, İran dronların fiziki tədarükünü dayandırsa da, istehsalda texniki dəstəyini davam etdirir.
//Samir Qurbanov, Editor.az