İran “Şahed”lərinin Kiyevə gecə hücumu: 11-i vuruldubackend

İran “Şahed”lərinin Kiyevə gecə hücumu: 11-i vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə ukraynalı müdafiəçilər Kiyev səmasında İran istehsalı olan 11 “Şahed” PUA-nı vurublar.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da, Kiyev Şəhər Hərbi İdarəsi Telegram-da yazıb. Məlumata görə, ötən gecə saat 23.00-dan səhərə qədər rus işğalçıları  Ukrayna ərazisində 14 “Şahed” tipli PUA-dan istifadə etməklə hücuma keçiblər.

Bu pilotsuz təyyarələrdən 11-i ukraynalı müdafiəçilər tərəfindən vurulub. Pilotsuz təyyarənin hücumu iki mərhələdə həyata keçirilib ki, bununla da düşmən öz taktiki məqsədini reallaşdırmağa – rəqibin hava hücumundan müdafiəsini tükətməyə çalışıb.

Buna görə də Kiyevdə hava həyacanı siqnalı hardasa beş saat yarım davam edib. İlkin məlumatlara görə, tələfat və infrastruktur obyektlərinə ciddi ziyan qeydə alınmayıb.

//Samir Qurbanov, Editor.az