İran sərhəddəki təlimlərlə Azərbaycana hədə-qorxu gəlir?- AÇIQLAMAbackend

İran sərhəddəki təlimlərlə Azərbaycana hədə-qorxu gəlir?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməklə, Azərbaycanın həm Xəzər dənizində Türkiyə ilə birgə təlimlərinə, həm də notalarına cavab verir. Lakin nəzərə almaq lazımdır ki, İran sərhəd qonşusu olan Ermənistandan başqa digər bütün dövlətlərlə problem yaşayır. Hansı ki, bu ölkələr müsəlman ölkələridir”.

Bu sözləri Editor.az-a açıqlamalasında Əhəd Məmmədli deyib.

O, bildirib ki, İran Azərbaycanla münasibətlərini gərginləşdirməkdə davam etdirir:

“Çünki Azərbaycan torpaqlarının işğaldan azad edilməsi İranın maraqlarına cavab vermir. İranla dövlət sərhədinə artıq Azərbaycan nəzarət edir.  Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimindən və Gorus-Qafan yolundakı məlum insidentdən sonra İranın Azərbaycanla sərhəddə hərbi təlim keçirməsi gözlənilən idi.  İndi İran bu təlimlərlə guya Azərbaycana qarşı hədə- qorxu gəlir.  Azərbaycanın Türkiyə və İsraillə münasibətləri İranı qıcıqlandıran ən başlıca amillərdəndir. İranın bu addımlarına qarşılıq olaraq Azərbaycan öz ordusunu yalnız Ermənistana qarşı deyil, ona dost olmayan dövlətlərə qarşı daim gücləndirməli, Türkiyə və Pakistanla müttəfiqliyini daim genişləndirməlidir”.

//Gülnarə Abasova, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!