İran: “Səs sürətindən 8 dəfə sürətlə hərəkət edən hipersəs ballistik raketlər istehsal edirik”backend

İran: “Səs sürətindən 8 dəfə sürətlə hərəkət edən hipersəs ballistik raketlər istehsal edirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri paytaxt Tehranda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, ölkəsi hərəkətdə olan dəniz maşınlarını məhv edə bilən ballistik raketlər istehsal edir.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə İranın Fars Xəbər Agentliyininin məlumatında qeyd edilib. Raketin sınaqlarının müvəffəqiyyətlə tamamlandığını və kütləvi istehsalına başlanıldığını bildirən rəsmi Tehranın həmin raketlərə sahib 3 ölkədən biri olduğuna diqqət çəkib.

Sözügedən ballistik raketin sürətinin 8 mach (səs sürətinin 8 qatı) və mənzilinin 1500 kilometr olduğunu bildirən Baqiri, belə bir raketin olmasının ətrafdakı dənizlərdə 1000 kilometr radiuslu təhlükəsizlik sahəsi yaradacağını bildirib.
Lakin İran rəsmisi raketin nə vaxt və harada sınaqdan keçirildiyi barədə məlumat paylaşmayıb.

//Safura Bənnayeva, Editor.az