İranın PUA (pilotsuz uçuş aparatı – dron) zərbəsi nəticəsində Səudiyyə Ərəbistanının şimal-şərqindəki Əl-Qaysum hava limanında yerləşən ABŞ-nin “AN/FPS-117” erkən xəbərdarlıq radarı sıradan çıxıb.
Bu barədə Oxu.Az “Clash Report” nəşrinə istinadən xəbər verir.
Qeyd edilir ki, bu radar hava hücumundan müdafiə sisteminin əsas elementidir və yüzlərlə kilometr məsafədən təyyarələri, raketləri və PUA-ları aşkarlaya bilir.


Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

