İran silahları Rusiyaya Xəzər dənizi vasitəsilə daşınırbackend

İran silahları Rusiyaya Xəzər dənizi vasitəsilə daşınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrandan Rusiyaya silah daşımaları Xəzər dənizi vasitəsilə həyata keçirilir və Qərb buna mane ola bilmir. İzləmə məlumatları göstərir ki, bölgədəki gəmilər getdikcə daha çox “qaranlığa” çevrilir ki, bu da, onların hərəkətlərini gizlətməyə çalışdıqlarının göstəricisidir.

Editor.az bildirir ki, keçən il “Lloyd’s List Intelligence” sentyabr ayı üçün Xəzər gəmilərinin izlənilməsi məlumatlarında boşluqların sayında artım olduğunu müəyyən edib. Nəşr qeyd edir ki, bu, Tehranın Moskvaya PUA satmaqda ittiham edilməsindən az sonra baş verib.

Artıq payızda Ukrayna ərazisində, o cümlədən kritik infrastrukturlara qarşı İran dronlarından daha çox istifadə olunub. Analitiklər hesab edirlər ki, Ukraynanın Qərb müttəfiqlərinin bu cür silah transferlərini dayandırmaq üçün gücü azdır. “EOS” Risk Qrupunun analitiki Martin Kelli deyib ki, “İranın sərhəd ölkələrə görə Xəzər dənizi vasitəsilə silah ixracı üçün heç bir risk yoxdur və Qərb bu cür mübadilələrin qarşısını almaqda acizdir”.

  //Samir Qurbanov,Editor.az