İran son bir ayda 43 mindən çox əfqanı deportasiya edibbackend

İran son bir ayda 43 mindən çox əfqanı deportasiya edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban son bir ayda 43 mindən çox əfqanın İran tərəfindən deportasiya edildiyini, 46 min əfqanın isə öz istəyi ilə ölkələrinə qayıtdığını açıqlayıb.

Editor.az xəbər verir ki, Taliban müvəqqəti hökumətinin immiqrasiya və qayıdış nazirinin müavini Əbdürrəhman Rəşid mövzu ilə bağlı mətbuata açıqlama verib.

İran rəsmiləri vaxtaşırı verdikləri açıqlamalarda İranda 5 milyona yaxın əfqanın yaşadığını bildirirlər. İran əfqanları əsasən Herat və Nimruz əyalətlərindəki sərhəd keçid məntəqələri vasitəsilə deportasiya edir. Bildirilib ki, bu deportasiyalar zaman-zaman artır.

//Gülnarə Abasova, Editor.az