İran Süleymaninin öldürülməsinə cavabdehlik daşıyan birinci şəxsin adını açıqladıbackend

İran Süleymaninin öldürülməsinə cavabdehlik daşıyan birinci şəxsin adını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ABŞ prezidenti Donald Trampı İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin qətlinə cavabdehlik daşıyan bir nömrəli şəxs hesab edir.

“Fars” agentliyi xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi açıqlama verib.

“Tramp şəhid Süleymaninin qətlinə görə məsuliyyət daşıyan bir nömrəli cinayətkardır” – deyə İ.Rəisi bildirib.

Xatırladaq ki, İran hökumət qurumları bir neçə gün əvvəl Qasım Süleymaninin öldürülməsində iştirak edən 48 nəfərin siyahısını hazırladıqlarını bildirmişdi.

Xatırladaq ki, yanvar ayında Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasim Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.