“İran sülh quşu roluna Fələstin üzərindən oyun oynamağa davam edir”-ŞƏRHbackend

“İran “sülh quşu” roluna Fələstin üzərindən oynamağa davam edir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran sülh quşu roluna yenə də Fələstin üzərindən oyun oynamağa davam edir. HƏMAS terrorçuları İsrailə hücum edib, məlum hadisələri törətdiyi zaman, yəni dinc insanları güllələyib, əsgərlərin başları kəsildikdə İran rejimi bunu dəstəkləyən bəyanatlar verirdi, indi isə münaqişənin dərinləşməsindən narahat olduqlarınj deyirlər”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, Amerika hərbi gəmiləri regiona gələn kimi İran ritorikasını dəyişdi:

“Bu hadisəni törədən HƏMAS və onun arxasında dayananlar yaxşı bilirdilər ki, münaqişə dərinləşəcək. Bu prosesdə də günahkar HƏMAS olacaq. İsrailin belə bir terror aktlarından sonra Qəzza zolağını tam və ya bir hissəsini ələ keçirəcəyi də məlum həqiqət idi. Hesab etmək olar ki, hadisə də elə buna hesablanıb. İran isə həmişə Amerika ilə birlikdə hərəkət edib, indi də belə oldu. Guya “İranı cəzalandırmaq” görüntüsü yaratmaq üçün Amerika təyyarə daşıyan gəmilərindən isə neçə raket İrana atacaq və məsələ bağlanacaq. Yeni dünya düzəni formalaşması prosesində İranın HƏMAS və Hizbullah kimi proksi qruplarla fəaliyyəti bu dəfə başa çatacaq. İsrail isə bu qrupların fəaliyyət göstərdiyi əraziləri öz nəzarətinə götürəcək. Sonda İran rejiminin Amerika ilə əlbir fəaliyyətinin minnətdarlığı isə nüvə silahı əldə etməsi olacaq. Amerika da baş verənlərə sakit baxacaq”.

//Gülnarə Abasova, Editor.az