İran susuz qalıb: süni yağış yağdırma əməliyyatlarına başlanılıbbackend

İran susuz qalıb: süni yağış yağdırma əməliyyatlarına başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam Respublikası son illərin ən pis quraqlığı ilə üzləşir. İran Meteorologiya Xidmətinin məlumatına görə, bu il yağıntı uzunmüddətli orta göstəricidən 89% aşağıdır. İranın bir çox əyalətində aylardır yağış yağmayıb.

Su anbarları boşdur və su səviyyəsi rekord aşağə səviyyədədir.
İlk “bulud səpmə” əməliyyatı ölkənin ən böyük gölü olan Urmiya gölünün yaxınlığında, İranın şimalında, Türkiyə ilə sərhədə yaxın yerdə baş tutub. Duz gölü quraqlıq zamanı duz səhrasına çevrilib. İran hakimiyyəti yağış azlığından əziyyət çəkən digər əyalətlərdə də “yağış səpmə” əməliyyatlarını davam etdirməyi planlaşdırır. Ölkə ötən il “bulud səpmə” texnologiyasını tam mənimsəyib. Yağıntı yaratmaq üçün təyyarələrdən istifadə edərək buludlara gümüş yodid və ya duz püskürdülür.

Qeyd edək ki, İran “son 50 ilin ən quraq payızını” yaşayır. Tehranda 2025-ci ildə yağıntı miqdarı son 100 ilin ən aşağı səviyyəsindədir. İRNA-nın məlumatına görə, uzunmüddətli quraqlıq səbəbindən İran paytaxtı qaçılmaz olaraq təxliyə ilə üzləşə bilər.

//Samir Qurbanov, Editor.az