İran Təbrizdəki konsulluğumuza qarşı nə planlaşdırır?backend

İran Təbrizdəki konsulluğumuza qarşı nə planlaşdırır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələ səfirliyimizə edilən terror aktından sonra İran ekspert cameəsi üzərindən “Təbrizdəki konsulluğun ziyanlı hərəkətlərinin təfərrüatlarını bilirik” iddiasını gündəmə gətirir, bununla Bakının Arazın o tayındakı soydaşlarımıza bu platformada dəstək verdiyinə işarə vururdu.

Azərbaycanın İsraildə səfirlik açmasından sonra konsulluğumuz yenidən hədəfə götürüldü: rəsmi Bakının bu addımına etiraz olaraq, Tehran rejimi Təbirzdəki konsulluğun qarşısında “bağlansın” tələbi ilə aksiya təşkil etdi; ekspertlərinin dili ilə konsulluğu “şeytan yuvası” adlandırdı (Reza Abbasi “Şeytan yuvasını bağlayın…” çağırışı edib);

Aksiyanın məqsədi “Azərbaycanı Təbrizdə də istəmirlər” görüntüsü yaratmaqdır. Lakin burada digər səbəbi də var: konsulluğu Cənubi Azərbaycandakı soydaşlarımızla rəsmi Bakı arasında qeyri-rəsmi “bağ” olaraq görürlər və bunu qoparmaq istəyirlər;

Tehran rejimi konsulluğu bağlamaq məqsədilə hansı addımı ata bilər?

Birincisi, səfirliymizə qarşı törədilən terror ssenarisinin təkrarlana biləcəyi istisna edilməməlidir;
İkincisi, konsulluğumuzu “xarici qüvvələrin İranda iğtişaşlar törətmək planının icrası üçün istifadə edilən mərkəz” kimi təqdim edə bilərlər: ekspertlər üzərindən “şeytan yuvası” adlandırılması da bu ehtimalı ön plana çıxarır və İran bundan Arazın o tayındakı soydaşlarımız arasında “Azərbaycanı düşmən kimi” göstərmək, eləcə də bu addımına legitimlik qazandırmaq üçün istifadə edə bilər;

Baş verənlər Təbrizdəki konsulluğumuzun təhlükəsizlikdə olmadığını deməyə əsas verir.

Publika.az