İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Rask və Çabahar şəhərlərində terrorçular polis məntəqələrinə hücum ediblər. Üç təhlükəsizlik işçisi öldürülüb.
Editor.az xəbər verir ki, bu barədə əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Alireza Marhamati bildirib. Çabaharda hücum təxminən axşam saat 22 radələrində baş verib. Bir neçə cinayətkar öldürülüb və ya yaralanıb.
Raskda sahəyə daxil olmaq cəhdinin qarşısı alınıb. Qubernator müavini daha əvvəl məlumat vermişdi ki, terrorçular İran İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahına daxil olmağı planlaşdırırdılar, lakin onların qarşısı asayiş keşikçiləri tərəfindən alınıb.
Məsuliyyəti “Ceyş əl-Ədl” terror qruplaşması öz üzərinə götürüb. Qubernator müavini deyib ki, qruplaşmanın İsraillə əlaqələri var. İslamçı yaraqlı təşkilat əsasən İranın Əfqanıstan və Pakistanla sərhəddə yerləşən cənub-şərqində fəaliyyət göstərir.
//Samir Qurbanov, Editor.az

