İran torpaqları Donald Trampa lazım deyilbackend

İran torpaqları Donald Trampa lazım deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranla danışıqlara hazırdır.

Editor.az bildirir ki, bu barədə ölkə prezidenti Donald Tramp aprelin 17-də jurnalistlərlə söhbətində deyib. O, İslam Respublikasının “çiçəklənməsini” istədiyini, lakin onun nüvə silahı əldə etməsinə imkan verməyəcəyini vurğulayıb. “Məncə, İran danışmaq istəyir. Ümid edirəm ki, onlar danışmaq istəyirlər. Razılaşsalar, bu, onlar üçün çox yaxşı olar”, – Ağ Ev rəhbəri qeyd edib.

O, həmçinin deyib ki, iranlılara pislik arzulamır. “Mən iranlıları tanıyıram. Onlar inanılmaz insanlardır – ağıllı, enerjili, uğurlu. Mən heç kimi incitmək istəmirəm. Həqiqətən. Amma İranın nüvə silahı olmamalıdır. Bu olduqca sadədir”, – Amerika lideri vurğulayıb.

O, ABŞ-ın İran ərazisinə və onun resurslarına təcavüz etmədiyini də vurğulayıb. “Biz onların sənayesini əllərindən almağa çalışmırıq. Biz onların torpaqlarını əllərindən almağa çalışmırıq. Biz bunu qətiyyən etmirik. Sadəcə deyirik: sizdə nüvə silahı ola bilməz”, – Donald Tramp vurğulayıb.
Xatırladaq ki, ötən şənbə Omanda ABŞ və İran nümayəndə heyətlərinin görüşü baş tutub. Bu formatda növbəti görüşün sabaha təyin edilib.

//Samir Qurbanov, Editor.az