İranın xarici işlər naziri Abbas Ərakçi ABŞ prezidenti Donald Trampın İran lideri Ayətullah Əli Xameneiyə göndərdiyi məktubun cavabını Oman vasitəsilə göndərdiklərini açıqlayıb.
Editor.az xəbər verir ki, Arakçi hərbi təhdid və təzyiq altında ABŞ ilə birbaşa danışıqlara girməyəcəklərini, lakin əvvəlki dolayı danışıqların davam edə biləcəyini bildirən.
Məktubda deyilir: “Siyasətimiz budur ki, maksimum təzyiq və hərbi təhdid şəraitində birbaşa danışıqlar aparılmayacaq, lakin dolayı danışıqlar keçmişdə olduğu kimi davam edə bilər”.
//Gülnarə Abasova, Editor.az