İran Türkiyə-Suriya nizamlanma prosesində iştirak edəcəkbackend

İran Türkiyə-Suriya nizamlanma prosesində iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Suriya və Rusiya İranın Ankara ilə Dəməşq arasında nizamlamada iştirakına dair razılığa gəliblər Editor.az xəbər verir ki, bu brədə RF xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, İran Türkiyə ilə Suriya arasında münasibətlərin nizamlanması üzrə gələcək danışıqların yeni iştirakçısı olacaq. Diplomat Moskva, Ankara və Tehranın Suriya problemi ilə məşğul olan “Astana üçlüyü”nün üzvləri olduğunu xatırladaraq, bu məsələdə prinsipial razılığın olduğunu açıqlayıb.

Buna görə, Lavrov Rusiya və İran tərəflərinin Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması üçün yeni təmaslarda iştirakını “tamamilə məntiqli” adlandırıb. Rusiya XİN rəhbərinin sözlərinə görə, gələcək danışıqların tarixləri və formatları hələ işlənir. Qeyd edək ki, bundan əvvəl İran prezidenti İbrahim Rəisinin Dəməşqə səfərə gedəcəyi barədə məlumat yayılıb. Məsələ, yanvarın 15-də Suriya və İran XİN rəhbərlərinin danışıqları zamanı müzakirə olunub.

  //Samir Qurbanov, Editor.az