İran Ukraynaya məxsus təyyarənin vurulması ilə bağlı hesabat təqdim edibbackend

İran Ukraynaya məxsus təyyarənin vurulması ilə bağlı hesabat təqdim edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran Kiyevə İranın paytaxtı yaxınlığında vurulan Ukraynaya məxsus “Boeing 737-800” sərnişin təyyarəsi ilə bağlı hesabat təqdim edib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bununla bağlı İrandan hesabat gözlədiyini demişdi.

“(İranın) Mülki Aviasiya Təşkilatı hesabat hazırlayıb və mən elan etdiyim gün (21 dekabr) Ukraynaya və digər tərəflərə onlayn formatda təqdim etdim”, – deyə S.Xətibzadə bildirib.

O, tezliklə tərcümə olunmuş hesabatı tərəflərə təqdim edəcəyini əlavə edib.