“ABŞ İrana nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyi təklif edib” .
Editor.az xəbər verir ki, bu barədə İran İslam Respublikası xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi Britaniyanın BBC telekanalına müsahibəsində deyib.
Diplomat bildirib ki, mümkün danışıqların tarixləri hələ müəyyən edilməyib. Tərəflər hələlik danışıqların vaxtı və metodu barədə razılığa gəlməyiblər.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Aslanın yüksəlişi” əməliyyatına başlayıb. İran “True Promise 3” əməliyyatı ilə cavab verib.
İyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Onun sözlərinə görə, İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektləri tamamilə məhv edilib.
//Gülnarə Abasova, Editor.az