İran “vasitəçilik” yolunu özü bağlayıb- SƏBƏBLƏRbackend

İran “vasitəçilik” yolunu özü bağlayıb- SƏBƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın ötən illərdə, ilk münaqişə baş qaldıran vaxtlarda Azərbaycanla Ermənistan arasında vasitəçiliyi faydalı olmadı. Əslində Azərbaycan da Ermənistan da bu məsələdə İranın vasitəçilik etməsini istəyirdi, ancaq Şuşanın, Laçının işğalı göstərir ki, Tehran hakimiyyəti vasitəçilik etmək üçün obyektiv ola bilmir”.

Bunu Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, 30 illik işğal dövründə Tehran hakimiyyəti işğalçını müdafiə etdi və bununla da artıq vasitəçilik missiyasında etibarını itirdi:

“İkinci bir tərəfdən Tehran hakimiyyətinə Azərbaycanın hələ ikitərəfli münasibətlər baxımından etimadı yoxdur. Bu səbəblərdən İranın vasitəçiliyi mümkün deyil. Digər tərəfdən Tehranın vasitəçiliyi ona görə mümkün deyil ki, rəsmi Bakı və İrəvan ikitərəfli birbaşa vasitəsiz danışıqlara üstünlük verir. Tehran hakimiyyəti Qafanda sərhədlər müəyyənləşmədən konsulluq açmaqla, Zəngəzur dəhlizinin açılmaması ilə bağlı qəti fikirlərini bildirməklə də vasitəçilik yolunu özü bağlayıb”.

//Gülnarə Abasova, Editor.az