“İran vaxt udmaqla məşğuldur”-ŞƏRHbackend

“İran vaxt udmaqla məşğuldur”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran rejimi hər zamankı kimi üzgörənliklə məşğuldur. İranın səmimiyyətinə heç vaxt inanmaq olmaz. İran vaxt udmaqla məşğuldur. Bu baxımdan da gözləmədədir”.

Bu fikirləri Editor.az-a  politoloq Azər Qasımov İranla Azərbaycan arasında diplomatik münasibətlərin dayandırılmasının 1 illiyi və bu müddət ərzində Tehrandakı səfirliyimizə hücum edən terrorçunun hələ də  mühakimə edilməməsi barədə şərhində deyib.

Politoloq bildirib ki, İran hökuməti terrorçunu da vəziyyətin necə olacağını gözləmək üçün mühakimə etmir:

“Zəngəzur dəhlizi məsələsi hələ öz həllini tapmayıb. Regionun gələcəyi bəlli deyil. İranla birlikdə çəkilən kommunikasiyalar da tam hazır deyil. İran hamını özü kimi görür. Hesab edir ki, Azərbaycan birdən fikrini dəyişər. Gərginlik yaratmaq üçün ocaq saxlayır”.

//Gülnarə Abasova, Editor.az