İran və ABŞ-ın səlahiyyətli nümayəndələri aprelin 12-də Omanda görüşəcəklər: bu, yüksək səviyyədə danışıqlar olacaq.
Editor.az bildirir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi X sosial şəbəkəsindəki səhifəsində yazıb. “İran və ABŞ yüksək səviyyəli yaxınlıq danışıqları üçün şənbə günü Omanda görüşəcək. Bu, sınaq olduğu qədər də bir fürsətdir. Top Amerikanın meydançasındadır”, – Abbas Əraqçı deyib.
//Samir Qurbanov, Editor.az