“İran və Azərbaycan münasibətləri normallaşır”-AÇIQLAMAbackend

“İran və Azərbaycan münasibətləri normallaşır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Xarici İşlər Nazirinin Azərbaycana səfəri bu günə qədər Azərbaycan və İran arasında mövcud olan gərginliyin normallaşması istiqamətində atılmış ciddi addımdır. Ölkə başçısı İlham Əliyev də çıxışı zamanı qeyd etdi ki, 27 sentyabrda ölkəmizin Tehrandakı səfirliyinə qarşı baş verən terror aktının səbəbkarları öz layiqli cəzasını tapacaq”.

Bu barədə Editor.az-a politoloq Əhəd Məmmədli İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın Azərbaycana səfəri zamanı bu səfərin regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacağı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rəsmi Bakı ilə Tehranın münasibətləri normallaşmağa başlayacaq: “Çünki vəziyyətin gərgin olması nə İranın, nə də Azərbaycanın maraqlarına cavab verir. Digər tərəfdən Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəldikdən sonra Türkiyə özü də digər ölkələrlə münasibətlərinin yaxşı olmasını istəyir. Azərbaycanın da Türkiyə ilə müttəfiqliyini nəzərə alsaq həm regionda, həm də dünyada bu iki ölkənin xarici siyasətlərinin uyğunluğu böyük əhəmiyyətə malikdir. Rəsmi Tehran və Bakı arasında münasibətlərin normallaşması nəinki iki ölkə ümumilikdə bütün Şərq dünyası üçün vacibdir”.

//Safura Bənnayeva, Editor.az