İran və Azərbaycan münasibətləri normallaşır?-AÇIQLAMAbackend

İran və Azərbaycan münasibətləri normallaşır?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran və Azərbaycan arasında münasibətlər normallaşmağa doğru gedir. Vəziyyətin gərgin qalması nə rəsmi Bakının, nə də Tehranın maraqlarına cavab verir”.

Bunu Editor.az-a politoloq Əhəd Məmmədli İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanın Tehranda erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi brifinqdə İranın heç vaxt Azərbaycanla Naxçıvan arasında əlaqənin kəsilməsinin tərəfdarı olmadığı ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan İrana müstəqil, güclü ölkə olduğunu göstərib:

“İran da anladı ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil, artıq qalib, torpaqlarını işğaldan azad etmiş ölkədir. Bu qalib ölkə də əvvəlki ritorikasını, tonunu dəyişməlidir. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahyanın bu açıqlaması  rəsmi Bakı ilə Tehranın hər hansı məsələlərlə bağlı qeyri-rəsmi razılığa gəldiyini göstərir. Əvvəlki kimi Zəngəzur dəhlizinin açılması məsələsində də İran tərəfindən təhdidlər səsləndirilməyəcək. Lakin bu hələ iki ölkə arasında münasibətlərin əvvəlki səviyyəyə çatdığından xəbər vermir. Ümid edirik ki, İran bu istiqamətdə əməli addımlar atacaq. Bundan sonra iki ölkə arasında münasibətlərin hansı səviyyədə irəlilədiyini və rəsmi Tehranın Zəngəzur dəhlizi ilə bağlı dəqiq mövqeyini görmüş olacağıq”.

//Safura Bənnayeva, Editor.az