“İran və Ermənistan ölkəmizə qarşı informasiya müharibəsində də müttəfiqdirlər”-ŞƏRHbackend

“İran və Ermənistan ölkəmizə qarşı informasiya müharibəsində də müttəfiqdirlər”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün İrəvan Tehranla birləşərək Azərbaycan əleyhinə informasiya münaqişəsi yaratmağa çalışır. İslam dəyərlərindən və müsəlman həmrəyliyindən danışan İran Ermənistanın əlində oyuncağa çevrilib”.

Bu fikirləri politoloq Tural İsmayılov Editor.az-a İran və Ermənistanın bəzi teleqram kanallarında Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan və Qarabağda sərhədə toplanması barədə yaydığı təhdid dolu iddiaları şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın son vaxtlar Azərbaycan əleyhinə açıqlamaları rəsmi İrəvanın növbəti dəfə müharibəyə hazırlaşdığını deməyə əsas verir:

“Həmçinin baş verən hadisələr onu da göstərir ki, İran bu məsələlərdə Ermənistanla vahid koordinasiya şəklində hərəkət edir. Paşinyanın açıqlamasının ardından İranın terror təşkilatı “SEPAH” a aid olan media platformalarında ölkəmizin qoşun cəmləşdirməsi ilə bağlı əsassız ittihamların yayılması İran və Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı informasiya müharibəsində də birgə olduğunu ortaya qoyur “.

Politoloqun sözlərinə görə, bu hadisələrin indi gündəmə gətirilməsi Azərbaycanın regionda və bütün dünyada artan nüfuzundan qaynaqlanır:

“Bakıda ard-arda əhəmiyyətli tədbirlər keçirildi. Ölkə başçısı eyni zamanda, dünyanın vacib nöqtələrinə tez-tez səyahətlər həyata keçirir. Ölkəmiz bu gün postpandemiya dövrünün əsas siyasi, iqtisadi mənzərələrini formalaşdıran ölkələrdən biridir. Bunlar da bizə düşmən kəsilən qüvvələri ciddi formada narahat edir. Hər vasitə ilə ölkəmiz əleyhinə informasiya çirkabı yaratmağa çalışırlar. Ermənistan və İranın bu iddialarla eyni vaxtda çıxışı isə Azərbaycana qarşı informasiya müharibəsində “müttəfiqliklərini” ortaya qoyur. Bu gün çıxılmaz vəziyyətdə qalan və ikiüzlü siyasəti ilə dünyadan təcrid olunmuş Tehranın qeyri-səmimi rəftarı, Qərb və Rusiya siyasi dairələrində qeyri-ciddi mövqeyə malik Ermənistanla ortaq addım atması isə əslində hər iki tərəfin düşdüyü rəzil vəziyyəti göstərir “.

//Safura Bənnayeva, Editor.az