“İran parlamenti Rusiya və Fars Körfəzinin Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının üç İran adası ilə bağlı birgə bəyanatının məzmununu qəti şəkildə rədd edir”.
Editor.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf deyib.
“Rusiya bilməlidir ki, İranın qonşuları ilə əməkdaşlığı İran xalqının “qırmızı xətləri”nə hörmətdən asılıdır. Bura suverenlik və ərazi bütövlüyü aiddir”, – o bildirib.

