İran və Rusiya prezidentləri Vladimir Putin Suriyadakı vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda görüşəcəklər.
Bu barədə İran prezidenti özü məlumat verib. “Yaxın vaxtlarda Suriyadakı vəziyyətlə bağlı Rusiya prezidenti ilə görüşüm olacaq”, – Məsud Pezeşkian deyib. O əlavə edib ki, hər iki tərəf Ərəb Respublikasında vəziyyətin normallaşdırılması prosesində fəal iştirak etmək niyyətindədir.
Xatırladaq ki, bir gün əvvəl Rusiya və İran liderləri arasında telefon danışığı olub. Əsas mövzu Suriyadakı vəziyyət və onu sabitləşdirmək yolları olub. Danışıq zamanı bu məsələdə Türkiyənin də iştirakı ilə Astana forumunun əhəmiyyəti qeyd edilib.
//Samir Qurbanov, Editor.az