İran və Suriya İsrailə qarşı birləşirbackend

İran və Suriya İsrailə qarşı birləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti İbrahim Rəisi suriyalı və əlcəzairli həmkarları Bəşər Əsəd və Məcid Tabon ilə danışıqlar aparıb. Tərəflər İordan çayının qərb sahilində və Qüdsdəki vəziyyəti müzakirə ediblər.

Editor.az bildirir ki, İran lideri “İsrailə qarşı vahid cəbhənin yaradılmasının” zəruriliyini bəyan edib. Suriya və Əlcəzair prezidentlərinə müraciət edərək “Fələstin xalqını ədalətsizlikdən azad etmək” üçün birliyə çağırıb.

Əsəd və Rəisi qeyd ediblər ki, bu hücumlar İsrailin təcavüzkar siyasətini əks etdirir və onun Suriyaya və dinc əhaliyə qarşı həyata keçirdiyi təcavüzlə eyni səviyyədədir, Fələstin xalqının gücü və cəsarəti qarşısında onun zəifliyini və uğursuzluğunu təsdiqləyir” -deyə İran liderinin ofisi məlumat yayıb. Bundan əlavə, iki ölkə ikitərəfli münasibətlərin vəziyyətini və bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.

  //Samir Qurbanov,Editor.az