Ötən gün İran və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub.
Editor.az bildirir ki, bu barədə İran mətbuatı yazır. Hossein Amir Abdollahian və Hakan Fidanın danışıqlarında bir sıra ikitərəfli və regional məsələlər müzakirə olunub. Nazirlər xüsusən Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
İsrailin ABŞ-ın dəstəyi ilə anklavda hərbi əməliyyatları davam etdirdiyini qeyd edən İran XİN rəhbəri onlara son qoymağa çağırıb. Bundan əlavə, söhbət zamanı İran və Türkiyə liderlərinin qarşıdan gələn görüşü, eləcə də iki ölkənin yüksək səviyyəli rəsmilərinin 8-ci zirvə görüşü məsələsinə toxunulub.
//Samir Qurbanov, Editor.az

