İran vurmasa da, “Hizbullah” İsraili vuracaqbackend

İran vurmasa da, “Hizbullah” İsraili vuracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanın “Hizbullah” hərəkatı İranın niyyətindən asılı olmayaraq yaxın günlərdə İsrailə hücum edə bilər.

Editor.az bildirir ki, bu barədə CNN televiziya şirkəti kəşfiyyat məlumatları ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb. Nəşrin həmsöhbətlərinin fikrincə, “Hizbullah” İsrailə hücum hazırlamaqda İrandan daha sürətli hərəkət edir. Ona görə də mənbələr deyirlər ki, şiə hərəkatı yaxın bir neçə gündə hücuma keçə bilər.

Mənbələrə görə, “Hisbullah” İrandan fərqli olaraq, İsraillə ortaq sərhədi olduğu üçün xəbərdarlıq etmədən hücum edə bilər. CNN-in həmsöhbətləri qeyd edirlər ki, hələlik “Hizbullah” və İranın öz hərəkətlərini necə koordinasiya etdikləri və ya ümumiyyətlə bunu edib-etmədikləri barədə məlumat yoxdur. Bununla belə, ABŞ rəsmiləri hesab edir ki, tərəflər hələ də növbəti addımlar barədə razılığa gəlməyiblər.
Qeyd edək ki, İran və Livanın “Hizbullah” hərəkatı Fələstinin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda və “Hizbullah”ın hərbi komandiri Fuad Şükrün Beyrutda öldürülməsinə görə qisas alacaqlarına söz verib. Tərəflər qətllərə görə İsraili günahlandırırlar. Rəsmi olaraq isə İsrail hakimiyyəti İsmayıl Haniyənin ölümündə əli olduğunu nə təsdiq, nə də təkzib edib.

//Samir Qurbanov, Editor.az