“İran xalqı gec-tez molla rejiminin cavabını verib ədaləti bərpa edəcək”-Deputatdan ŞƏRHbackend

“İran xalqı gec-tez molla rejiminin cavabını verib ədaləti bərpa edəcək”-Deputatdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran İslam Respublikası islami dəyərlərə yox, xristian dövlətə öz dəstəyini göstərməyə davam edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, İran açıq-aşkar Ermənistana dəstək verir:

“Xüsusilə də Azərbaycanda İran molla rejiminə xidmət edən casus şəbəkəsinin aşkarlanması, digər üzvlərinin axtarışının davam etdirilməsi Tehranda mövcud rejimi daha da özündən çıxardır. Onlar müxtəlif yollarla öz qəzəblərini bildirməyə çalışırlar. Buna görə də təxribatlar törədirlər.
Digər tərəfdən də ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən təxribat aktına dair bugünə qədər düzgün araşdırmaların aparılmaması da onların əsas məramının təxribat olduğunu göstərir. Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan və Biləsuvar rayonları istiqamətində və geriyə doğru uçuşun həyata keçirilməsi faktiki olaraq beynəlxalq konvensiyalara, qonşuluq münasibətlərinə xələl gətirir, diplomatik münasibətləri daha da gərginləşdirir”.

Deputatın fikrincə, Azərbaycan istənilən təxribatın qarşısını almaq gücündədir:

“İran Ermənistana, separatçılara dəstəyini davam etdirəcəyi təqdirdə heçnə əldə etməyəcək. Gec-tez Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq, Tehran isə kənardan sadəcə normallaşmanı izləmək məcburiyyətində qalacaq. Ölkəmiz haqq- ədalətin yanındadır. Öz suveren hüquqlarını bərpa edib, 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edib. Bu gün də bütün sərhəd boyu silahlı qüvvələrin gücləndirilməsi və bütün yüksəkliklərin tam nəzarətə götürülməsi üçün təxirəsalınmaz işlər həyata keçirir.Molla rejimi unudur ki, İran İslam Respublikasının ərazisində 45 milyondan çox Azərbaycan türkü yaşayır. Ən azından buna hörmət etmək məcburiyyətindədirlər. Bu cür xoşagəlməz əməllərə davam edəcəkləri təqdirdə gec-tez İran xalqı rejimin cavabını verəcək və ədaləti bərpa edəcəklər”.

//Safura Bənnayeva, Editor.az