İran xarici işlər nazirinin müavini Azərbaycana gəlirbackend

İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İran xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur Azərbaycana səfər edəcək.

Editor.az xəbər verir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, nazir müavini Azərbaycan, İran və Türkiyə arasında araşdırmalar mərkəzlərinin üçtərəfli iclasında iştirak edəcək.

Bakıya 3 günlük səfər çərçivəsində İran xarici işlər nazirinin müavini və İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycanın bəzi rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.