İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti ilə bağlı açıqlama verdibackend

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti ilə bağlı açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası üçün hazırlıq işləri aparılır”.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani aprelin 15-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Tehranda diplomatik fəaliyyətini bərpa etmək üçün ilk müsbət addımlar atılıb, xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb.

O qeyd edib ki, bu yaxınlarda Azərbaycanın diplomatik nümayəndə heyəti hazırlıq işləri aparmaq üçün Tehrana səfər edib:

“İran və Azərbaycan yekdil fikirdədirlər ki, siyasi əməkdaşlıq digər sahələrdə əməkdaşlıqla paralel inkişaf etməlidir”, – deyə İİR XİN sözçüsü bildirib.