İran XİN başçısı Moskvaya gedirbackend

İran XİN başçısı Moskvaya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 24-də Rusiyaya səfər edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ikinci departamentinin direktoru Zamir Kabulov məlumat verib.

Onun sözlərinə görə, iranlı nazirin Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü planlaşdırılıb.

Görüşdə tərəflər Suriyadakı vəziyyəti, regional və ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəklər.